Kim Çen İn təxribatlara belə cavab verəcək

Şimali Koreya digər dövlətlərin təxribatları halında dərhal nüvə silahı ilə hücumla cavab verəcək.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir ki, bunu ölkə lideri Kim Çen İn deyib.

Siyasətçi bir gün əvvəl, dekabrın 20-də “Hwasong-18” qitələrarası ballistik raketinin buraxılışı üzrə təlimdə iştirak edən Baş Raket İdarəsinin hərbçiləri ilə görüşüb və onları uğurlu buraxılış münasibətilə təbrik edib.

“Hərbi fəaliyyət nüvə strategiyasının və doktrinasının təkamülünü nümayiş etdirib, buna görə KXDR hətta düşmən onu nüvə silahı ilə təhrik etdikdə nüvə cavabından çəkinməyəcək”, – o qeyd edib.