İsrail elan etdi: Tehrana yeni zərbələr endiriləcək

42d1cac9 56b0 3d82 b82a fb46c03851ca 850

İsrailin Müdafiə Ordusu Tehrana yeni zərbə endirəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun farsdilli nümayəndəsi Kamal Penhasi deyib.

K.Penhasi elan edib ki, yaxın saatlarda İsrailin Müdafiə Ordusu İranın hərbi infrastrukturuna zərbə endirəcək:

“Hörmətli sakinlər, təhlükəsizliyiniz üçün sizdən göstərilən əraziləri dərhal tərk etməyinizi xahiş edirik”.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu başlatdığı “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.