Britaniya Ukrayna ərazilərinin Rusiyaya verilməsi ilə bağlı müzakirələrin aparıldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, Kiyev rəsmiləri Ukrayna ərazilərinin Rusiyaya verilməsini müzakirə edir.
“Kiyev rəsmiləri Rusiyanın nəzarətinə keçmiş bütün əraziləri geri almaq üçün kifayət qədər hərbçi, silah və Qərb dəstəyinə malik olmadıqlarından narahatlıq keçirirlər. Ona görə də, Rusiyanın Ukrayna ərazisinin təxminən beşdə birinə faktiki nəzarəti özündə saxlayacaq saziş ətrafında müzakirələr aparıldığı vurğulanır. Ərazilərin müqabilində Kiyev təhlükəsizlik zəmanəti alacağını gözləyir. Həmçinin Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasından da söhbət gedə bilər”, – deyə məqalədə qeyd olunur.
Xatırladaq ki, britaniyalı analitik Aleksandr Merkuris bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri məğlub olduqlarına əmindirlər.
Müşviq Tofiqoğlu
Globalinfo.az