Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin məlumatında qeyd olunub.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 10-da saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L. Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli, T. Xəlilbəyli küçələrinin və Qaradağ rayonunun Qobustan qəsəbəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.