1012811 src

Rusiya və Türkiyənin xarici işlər nazirlikləri Cənubi Qafqazdakı vəziyyəti, Mərkəzi Asiyada əməkdaşlığın inkişafını, eləcə də Moskva-Kiyev münaqişəsini müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, məsləhətləşmələrdə Türkiyə tərəfdən Şərqi Avropa və Cənubi Qafqaz üzrə Baş İdarənin rəhbəri, səfir Mehmet Samsar, Rusiya tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edib.

Tərəflər Mərkəzi Asiya və Cənubi Qafqazda yeni bölücü xətlər yarada biləcək xarici təşəbbüslərin bölgəyə gətirilməsinin yolverilməz olduğunu vurğulayıblar.

Bu çərçivədə tərəflər sabitlik və təhlükəsizliyin “regional məsuliyyət” prinsipi əsasında möhkəmləndirilməsi baxımından “3+3” Regional Əməkdaşlıq Platformasının fəaliyyətinin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.

Əliyar Xəlil

Globalinfo.az

“3+3” formatına Azərbaycan, Ermənistan və Gürcüstanla yanaşı, Rusiya, İran və Türkiyə daxildir.

Paylaş: