sarovski 11

Xalq artisti Aleksandr Şarovski II Fəxri xiyabanda dəfn edilib.

Globalinfo.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Aleksandr Şarovski ilə vida mərasimi Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında keçirilib.

    defn9

    ***15:20

    Akademik Rus Dram Teatrında Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi başa çatıb.

    Globalinfo.az bildirir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.

    Vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılıb.

    Qeyd edək ki, vida mərasimində Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, nazirlik nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, mərhumun ailə üzvləri və sənət dostları iştirak edib.

    e6f5aca9 ab83 4ef5 8c80 ab8b7f04a7af

    ***14:25

    Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.

    Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur.

    Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

    Qeyd edək ki, 78 yaşlı A. Şarovski bu gün vəfat edib. Xalq artisti İkinci Fəxri xiyabanda dəfn olunacaq.

    aleksandr-sarovski-ile-vida-merasimi-kecirilir
    7d33758d c22f 41ae 9269 0ae4f96374b9

    ***10:44

    Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.

    Globalinfo.az bildirir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.

    ***09:49

    Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.

    Globalinfo.az xəbər verir ki, A. Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi.

    Paylaş: