WhatsApp Image 2026 09 09 at 14.22.07

Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çaykanın Ermənistanla münasibətləri normal adlandırması müzakirələrə səbəb olub. Çaykanın müsbət məzmunlu açıqlamaları son zamanlarda Rusiya Prezidenti Vladimir Putin və digər rəsmi şəxslərin İrəvanla bağlı sərt bəyanatları fonunda diqqət çəkir.

Ekspertlər iddia edir ki, “Rossotrudniçestvo” Ermənistanın iki şəhəri – Artaşat və Aştarekdə “Rus evləri” açacaq. Ona görə də bu təşkilatın rəhbəri “münasibətlərin normal” olduğunu bildirib.

Moskvaİrəvan münasibətlərində real vəziyyət necədir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, reallıqda RusiyaErmənistan münasibətləri həqiqətən pisdir:

“Son illərdə tərəflər arasında siyasi etimad ciddi şəkildə zəifləyib və Moskva ilə İrəvan arasında açıq fikir ayrılıqları yaranıb. Ermənistan hakimiyyətinin Rusiyadan uzaqlaşması, Qərblə münasibətləri genişləndirmək cəhdləri, həmçinin Moskva ilə bağlı səsləndirilən tənqidi bəyanatlar Kremlin narazılığına səbəb olur.

qabil huseynli esas
Qabil Hüseynli 

İqor Çaykanın açıqlamasına isə bu ümumi mənzərədən ayrı baxmaq lazımdır. “Rossotrudniçestvo”nun Ermənistanın müxtəlif şəhərlərində “Rus evləri” açmaq planı da göstərir ki, Moskva siyasi səviyyədə yaranmış problemlərə baxmayaraq, ölkədə öz humanitar və mədəni təsir imkanlarını qorumağa çalışır.

Ona görə Çaykanın “münasibətlər normaldır” deməsi RusiyaErmənistan münasibətlərinin ümumi vəziyyətinə verilmiş obyektiv qiymətdən daha çox, təmsil etdiyi qurumun fəaliyyətinə uyğun diplomatik mövqedir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: