
Gürcüstandan havaya qalxan yüngül mühərrikli təyyarə Türkiyənin Rize vilayəti sahillərində dənizə məcburi eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb .
“Aerospool WT-9 Dynamic” tipli təyyarə Batumidən uçuşa başlayıb. Təyyarənin göyərtəsində iki nəfərin olduğu bildirilib.
Hadisə nəticəsində hər iki şəxs xilas edilib. Onların Belçika vətəndaşları olduğu qeyd olunur.
Sahilə çıxarılan şəxslər tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
Safura Bənnayeva
Globalinfo.az