6a3ab5f42fc5d6a3ab5f42fc5e17822325646a3ab5f42fc5b6a3ab5f42fc5c 10

İsrail lazer əsaslı yeni hava hücumundan müdafiə sistemi hazırlayıb. 

Globalinfo.az xəbər verir ki, “Esh-Tech” şirkəti müdafiə sənayesi üçün “DroneLight” adlı yeni lazer hava hücumundan müdafiə sistemini təqdim edib.

Məlumata görə, sistem bir dəqiqə ərzində 30-dan çox hava hədəfini sıradan çıxarmaq qabiliyyətinə malikdir. Ənənəvi lazer silahlarından fərqli olaraq “DroneLight” hədəfi bir neçə saniyə fasiləsiz şüa altında saxlamadan qısa və fokuslanmış lazer impulslarından istifadə edir.

Şirkətin açıqlamasına əsasən, sistem bir pilotsuz uçuş aparatını 1-2 saniyə ərzində zərərsizləşdirə bilir. Bu xüsusiyyət ona eyni vaxtda çoxsaylı hədəflərə qarşı mübarizə aparmağa və kütləvi dron hücumlarının qarşısını almağa imkan verir.

“DroneLight”ın əsas üstünlüklərindən biri impuls rejimində işləməsidir. İlk zərbədən sonra sistem pilotsuz aparata əlavə lazer impulsları göndərərək onu tam sıradan çıxarana qədər təsiri davam etdirir. Bu yanaşma qurğunun hədəflər arasında daha sürətlə keçid etməsinə şərait yaradır.

Sistemin təsir radiusu təxminən 1 kilometrdir və o, yaxınmənzilli hava hücumundan müdafiə vasitəsi kimi nəzərdə tutulub. Hədəflərin aşkarlanması və izlənməsi üçün radar, akustik və optik sensorlarla inteqrasiya olunur.

Məlumata görə, “DroneLight”ın fəaliyyəti üçün təxminən 4 kilovat enerji tələb olunur ki, bu da bir çox yüksək güclü lazer sistemləri ilə müqayisədə xeyli aşağı göstəricidir. Bu isə sistemin mobil platformalarda yerləşdirilməsini asanlaşdırır.
Şirkət təqdimat zamanı sistemi tırtıllı zirehli maşın üzərində nümayiş etdirib və onun ön xətt bölmələrinin mobil müdafiəsində istifadə oluna biləcəyini bildirib.

“DroneLight” sisteminin ilk nümunəsinin 2026-cı ilin sentyabr ayından istismara hazır olacağı gözlənilir.

2007196 us AQAK5dRjKR2mICTuhzI2MlUDMiNMF9K

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: