pDhY9qNQZ4B6zvNCDiU3JoXCa0g6hClabo97m6Gd 640

Rusiyanın Elbrus dağında fırtınaya düşən beş bosniyalı alpinist həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina qurumları məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeddi nəfərlik qrupun iki üzvü təxliyə edilib, beş nəfər isə ölüb. Onların cəsədlərini ərazidən çıxarmaq hələ ki mümkün olmayıb.

Qeyd edək ki, 5642 metr hündürlüyü olan Elbrus Rusiya ilə Gürcüstan sərhədinin şimalında yerləşir və Avropanın ən yüksək zirvəsi hesab olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: