İsmayıllıda avtomat aşkarlandı

İsmayıllıda avtomat aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsinə Quşencə kəndi ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub. Əraziyə keçirilən baxış zamanı oradan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.