“Ermənistan hökuməti hər şeyi edir ki, Qarabağdakı keçmiş separatçı rejimin siyasi rəhbərlərini və institutlarını məhv etsin”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.
“Keçən il onlar Samvel Babayana ümid edirdilər. O, qarabağlıların işləri ilə məşğul olacaq hansısa təşkilat yaratmalı idi, amma bu layihə uğursuzluğa düçar oldu, ona görə də yenisini sınaqdan keçirirlər. Artıq bir neçə aydır Qarabağ Qaçqınlarının Haqlarının Müdafiə İttifaqı formalaşdırılıb. Bu ittifaq Feysbukda çox aktivdir. Onun sədri isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qohumu Andranik Qriqoryandır. Əvvəllər Qarabağın (qondarma rejimin – red.) “milli təhlükəsizlik xidməti”ndə işləyən Andranik indi hüquq müdafiəsi həyata keçirir. Daha dəqiq isə Andranik Qriqoryan qarabağlıların təsirə salınması ilə məşğul olur və onları müxaliflərdən uzaqlaşdırır”, – qəzet yazıb.
Əliyar Xəlil
Globalinfo.az