ee7b3b5e zelenskyy arrives in uk to meet new prime minister burnham visit ukrainian troops

Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Norveç səfəri zamanı Moldovadan havaya qalxarkən dronla toqquşmaq təhlükəsi ilə üzləşib.

Globalinfo.az xəbər verir ki, bunu Norveçin Baş naziri Jonas Qahr Störe ölkənin NRK dövlət televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Zelenskinin təyyarəsi Moldovadan qalxmağa hazırlaşarkən dron tərəfindən “az qala vurulub”. Störe dronun təyyarəyə nə qədər yaxınlaşdığını və məlumatı hansı mənbədən aldığını açıqlamayıb.

Hadisənin Zelenskinin Osloya – Norveç Kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün səfəri zamanı baş verdiyi bildirilir.

MoldovaUkrayna rəsmiləri məsələ ilə bağlı hələlik ayrıca rəsmi açıqlama verməyiblər.

Tahir Turan
Globalinfo.az

Paylaş: