WhatsApp Image 2026 09 09 at 22.53.50

Nüvə müharibəsi, böyük vulkan püskürməsi, ölümcül pandemiya və ya qlobal elektrik kəsintisi kimi fəlakətlər zamanı hansı ölkələrin daha dayanıqlı ola biləcəyi araşdırılıb.

Globalinfo.az xəbər verir ki, Hagen Universitetinin beynəlxalq tədqiqat qrupu müxtəlif qlobal fəlakət ssenarilərində ölkələrin üstün və zəif tərəflərini təhlil edib.

“Global Challenges” jurnalında dərc olunan araşdırmada 152 elmi məqalənin nəticələri nəzərdən keçirilib.

Araşdırmada Avstraliya müxtəlif qlobal fəlakət ssenariləri zamanı yüksək dayanıqlılıq potensialına malik ölkələrdən biri kimi göstərilib. Bunun əsas səbəbləri arasında ölkənin böyük ada dövləti olması, böhran zamanı sərhəd nəzarətini gücləndirə bilməsi və xarici dünyadan təcrid olunmasının nisbətən asan olması göstərilir. Avstraliya həmçinin böyük miqdarda qida istehsal edir və mədənçilik də daxil olmaqla güclü sənaye infrastrukturuna malikdir.

Yeni Zelandiya da bir çox dayanıqlılıq meyarlarına cavab verən ölkələr sırasındadır. Lakin ölkənin Avstraliyadan daha kiçik olması və sənaye bazasının məhdudluğu tam özünütəminetmə baxımından müəyyən çatışmazlıqlar yaradır.

Yaponiya isə hər üç əsas risk kateqoriyasında dayanıqlılıqla bağlı müəyyən üstünlüklərə malikdir.

Araşdırmanın nəticələrinə görə, qlobal fəlakət zamanı özünü təminetmə imkanları, ərzaq və sənaye resursları, coğrafi təcrid və siyasi institutların dayanıqlılığı ölkələrin sağ qalma potensialını müəyyən edən əsas amillər sırasındadır.

Tahir Turan
Globalinfo.az

Paylaş: