İrəvanın mərkəzində azərbaycanlı diversant saxlanılıb? – VİDEO

“Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.

O bildirib ki, saxlanılan şəxs azərbaycanlı deyil:

“Aprelin 8-i gecə saatlarında polis paytaxtda bir şəxsi narkotik maddə daşımaqda şübhəli bilərək saxlayıb. Daha sonra həmin şəxs polis idarəsinə aparılıb. Onun Rusiya vətəndaşı olduğu üzə çıxıb. Həmin şəxsin Ermənistana turizm məqsədi ilə gəldiyi məlub olub. Üzərində narkotik maddə aşkar edilməyib”.

Ayşən Mustafa
Globalinfo.az