İrəvanın COP29 planı: “Çalışırlar ki, noyabra qədər…”

Rəsmi Bakının Fransanın Ermənistana ölümcül silahlar verməsinə qarşı sərt bəyanatı İrəvanda təşvişi artırıb.

Globalinfo.az xəbər verir ki, Bakının Fransa və Ermənistanı regionda başlaya biləcək istənilən müharibənin günahkarı adlandırmasına, Ermənistan XİN təcili təkziblə cavab verib və Azərbaycanı ittiham etməyə çalışıb.

Azadlıq Radiosunun erməni xidmətinə danışan Beynəlxalq Böhran Qrupunun əməkdaşı Olesya Vartanyan İrəvanın sərgiləndiyi mövqeni təkzib edib. Onun sözlərinə görə, Bakının dünənki bəyanatı İrəvandan çox Parisə yönəlib.

“İrəvan Azərbaycanla COP29-a qədər hansısa bir razılaşma əldə etmək istəyir ki, situasiyanın gərginləşməsi riskinin qarşısını ala bilsin. Bu razılaşma hətta şifahi də ola bilər, amma o, Ermənistana hansısa formada ümid verə bilər ki, sammitdən sonra yenidən destabilizasiya olmayacaq. Yeni insidentlər yeni hərbi fəaliyyətlər deməkdir”, – deyən Vartanyan nədənsə Ermənistanın silahlanması məsələsinə toxunmayıb.

Əliyar Xəlil
Globalinfo.az