maxresdefault

“Yaxın vaxtlarda delimitasiya komissiyalarının görüşəcəyi haqda razılıq var”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O bildirib ki, yanvarın sonunda delimitasiya komissiyalarının görüşü baş tuta bilər. Bu barədə razılıq var.

Qriqoryan yanvarın 4-də İrəvanın sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini Bakıya göndərdiyini xatırladıb və bu barədə bəzi detalları açıqlayıb:

“Bəzi məsələlər var ki, onların üzərində hələ də irəliləyiş əldə etməmişik. Amma biz bu məsələlərin ən qısa zamanda tamamlanacağını və sülh sazişinin imzalanacağını gözləyirik”, – deyə Qriqoryan vurğulayıb.

Əliyar Xəlil,
Globalinfo.az

Paylaş: