r

Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının kabel şəbəkələrindən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.

Globalinfo.az xəbər verir ki, “Respublika naminə” partiyasının sədri Arman Babacanyan hər hansı xarici telekanalların ictimai multipleksdə retranslyasiyasının əleyhinə çıxış edib.

Onun sözlərinə görə, hibrid müharibənin tərkib hissəsi olan bu kanalların efirində Ermənistana qarşı təhqirlər səslənir. Babacanyan Rusiyanın siyasətinin Ermənistanın dövlətçiliyinin aradan qaldırılmasına yönəldiyini bəyan edib.

Partiyanın sədr müavini Ruben Mehrabyan da “Sputnik Ermənistan”ın fəaliyyətini qadağan etməyə çağırıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts təşəbbüsü dəstəkləyib və qeyd edib ki, Rusiya kanallarının məzmunu ölkənin təhlükəsizliyinə təhdid yaradır.

Etirazçılar əllərində “Düşmən kanallarına yox deyirik”, “Rus nifrət nitqinə yox” plakatları tutublar.  “Rusiya təbliğatına yox”, “Rusiya, sus!” şüarları səsləndiriblər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: