İrəvan-Gümrü yolunda mikroavtobus maşınla toqquşdu: 14 yaralı

Ermənistanda İrəvan-Gümrü yolunda 14 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

 

Bu gün saat 17:30-da Araqatsotn bölgəsində “Opel Astra” və “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Toqquşmadan sonra “Mersedes” beton maneəyə çırpılıb və o, bir neçə metr kənara düşüb.

Hadisə nəticəsində 14 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar içərisində azyaşlı uşaqlar da olub.