İrəvan delimitasiyanı hansı xəritə ilə aparmaq istəyir? – Cavab

“Biz delimitasiyanı 1975-ci il xəritələrinə əsasən aparmağa hazırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu həm də Rusiyanın dediyi xəritələrdir. Biz bu sərhədlərdə qoşunların güzgü prinsipi ilə çəkilməsinə hazırıq. Əminliklə deməliyəm ki, biz beynəlxalq ictimaiyyət tərəfindən baxışları da görürük”.

Paşinyan iddia edib ki, guya Azərbaycan danışıqlarda sərfəli mövqe əldə etmək üçün hərbi təzyiq siyasətini tətbiq edir.

İlkin Həsənov
Globalinfo.az