putin gulur

Rusiya Prezidenti Vladimir Putin keçmiş idman naziri, hazırda Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin rəhbəri olan Oleq Matytsinlə bağlı maraqlı zarafat edib.

Globalinfo.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Putin bunu Rusiya Federasiyasında mədəniyyət və idmanın inkişafına həsr olunan müşavirədə deyib.

Müşavirə zamanı Matytsin idman təşkilatlarının adlarında “federasiya”, “birlik” kimi ifadələrin yalnız akkreditə olunmuş qurumlar tərəfindən istifadə edilməsini təklif edib. O, bunun federal səviyyədə qanunvericiliklə tənzimlənməsinin vacibliyini vurğulayıb.

Putin isə təklifə cavab olaraq İdman Nazirliyinə bu cür qərarları qəbul etmək səlahiyyətinin verilməsini irəli sürüb. Lakin Matytsin bu məsələyə daha sistemli yanaşma gərəkdiyini deyib.

Prezident zarafatla bildirib ki, Matytsinin baxışları Duma üzvü olduqdan sonra dəyişib:

“O, nazir olanda düşünürdü ki, hər şeyi nazirlik səviyyəsində həll etmək lazımdır. İndi isə Dumada işləyir və hesab edir ki, hər şey normativ baza vasitəsilə tənzimlənməlidir”.

Tahir Turan
Globalinfo.az

Paylaş: