İranlı həmkarı istədi, Lavrovla telefon əlaqəsi yaradıldı – Nəyi müzakirə etdilər?

Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abddulahian arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.