foto1

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan yığması qarışıq komanda yarışında Avstriya millisi ilə qarşılaşıb.

Globalinfo.az xəbər verir ki, rəqibi ilə 1/16 finalnda üz-üzə gələn yığmamız 4:0 hesablı qələbəyə sevinərək növbəti mərhələyə adlayıb.

Komandanın 1/8 finaldakı rəqibi Yaponiya seçməsi olacaq.

Azərbaycanın qadınlardan ibarət heyətində Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva, Hanna Zaytseva (hər ikisi 70 kq) və Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kq) , Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kq), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kq) komandanın heyətinə daxil ediliblər.

Milli Gimnastika Arenasında baş tutan səkkizinci yarış günündə 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulub.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar. (report)

*** 09:58

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı bu gün qarışıq komanda yarışı ilə başa çatacaq.

Globalinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq səkkizinci yarış günündə 18 ölkədən 192 cüdoçu mübarizə aparacaq.

Görüşlər 6 çəki dərəcəsində – kişilərdə -73 kq, -90 kq və +90 kq, qadınlarda isə -57 kq, -70 kq və +70 kq çəkilərdə keçiriləcək.

Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Bu görüşdə qələbə qazanacağı təqdirdə millimiz növbəti mərhələdə Yaponiya seçməsi ilə qarşılaşacaq.

Yığmamızın heyətində qadınlardan Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (-57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (-70 kq), həmçinin Madina Kaisinova (+70 kq) yer alıblar.

Kişilərdən isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (-73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (-90 kq), eləcə də Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) komandamızın heyətinə daxil ediliblər.

Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq. Görüşlər “CBC Sport” və “Judo TV” vasitəsilə canlı yayımlanacaq. Dünya çempionatının biletlərini iTicket.az platformasından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə ilə – 7 medalla başa vurub. Əhməd Yusifov (-60 kq) qızıl, Zelim Tçkayev (-81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq), Murad Fətiyev (-90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar. (Apasport.az)

Paylaş: