24 17


ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini münaqişəni başa çatdırmaq üçün bir neçə fürsəti əldən verməkdə ittiham edib. O, Kiyevi siyasətini dəyişməyə çağırıb.

Globalinfo.az bildirir ki, Trampın sözlərinə görə, Zelenski müharibəni başa çatdıra bilərdi, lakin bu şanslardan istifadə etməyib.

ABŞ lideri Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı da tələb edib.

“Zelenski istədiyini edə bilər, amma Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmalıdır”, – deyə Tramp bildirib.

O, həmçinin Ukraynada rəhbərliyin dəyişdirilməsinin vaxtı çatdığını söyləyib.

“Düşünürəm ki, Ukraynanın yeni prezidentə sahib olmasının vaxtıdır. Ölkəyə razılaşma əldə edə biləcək yeni lider lazımdır”, – deyə ABŞ prezidenti vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: