felestin

Fələstin Prezidenti Mahmud Abbas prezident və parlament seçkilərinin 2027-ci il sentyabrın 11-də keçirilməsi barədə fərman imzalayıb.

Globalinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, bu il noyabrın 28-də keçirilməsi planlaşdırılan parlament seçkiləri, eləcə də 2027-ci ilin əvvəlinə nəzərdə tutulan prezident seçkiləri təxirə salınıb.

Abbas qərarını İsrailin tətbiq etdiyi məhdudiyyətlər və Fələstin ərazilərindəki təhlükəsizlik vəziyyəti ilə əsaslandırıb.

Onun sözlərinə görə, hazırkı şəraitdə azad və ədalətli seçkilərin keçirilməsi mümkün deyil.

Fərmanda İordan çayının qərb sahilində və Şərqi Qüdsdə zorakılıq halları, hərəkət məhdudiyyətləri, eləcə də İsrailin Fələstinə məxsus vergi gəlirlərini saxlaması əsas maneələr kimi göstərilib.

Qəzza zolağında davam edən humanitar böhran və bərpa işlərinin ləngiməsi də qərara təsir edən amillər sırasındadır.

İsrailin xarici işlər naziri Gideon Saar isə seçkilərin təxirə salınmasını tənqid edib və Mahmud Abbası məsuliyyətdən yayınmaqda ittiham edib.

Qeyd edək ki, Fələstində son parlament seçkiləri 2006-cı ildə, prezident seçkiləri isə 2005-ci ildə keçirilib.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: