“ABŞ və İsrailin hücumları ölkədə ciddi ekoloji təhlükələrə səbəb olur”.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
O bildirib ki, neft, emal və enerji obyektlərinə, eləcə də nüvə infrastrukturuna hücumlar ətraf mühit üçün ciddi risklər yaradıb.
Əraqçi nüvə obyektlərinə hücumları beynəlxalq hüquq baxımından “bağışlanmaz cinayət” adlandırıb:
“BMT-nin Ətraf Mühit Proqramı 2026-cı ilin martında Tehranın da daxil olduğu şəhər ərazilərində və onların ətrafında yerləşən neft obyektlərinin hücuma məruz qaldığını təsdiqləyib.
Neft yanğınları nəticəsində təhlükəli birləşmələr atmosferə yayılıb. Bu çirklənmə havadan torpağa və su ehtiyatlarına keçə, hətta qida zəncirinə təsir göstərə bilər.
İranın mövqeyinə görə, beynəlxalq hüquq müharibə şəraitində ətraf mühitin məhv edilməsinə və insanların fundamental hüquqlarının pozulmasına laqeyd qalmamalıdır”.
Safura Bənnayeva
Globalinfo.az