siqaret

Türkiyədə siqaret satışına nəzarətin yeni qaydalarla tənzimlənməsi planlaşdırılır. 

Globalinfo.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bununla bağlı qanun layihəsinin hazırlandığını açıqlayıb.

Təklifə əsasən, siqaret almaq istəyən şəxslərdən şəxsiyyət vəsiqəsinin nömrəsi tələb oluna bilər.

Onun sözlərinə görə, sənədin yaxın bir neçə həftə ərzində Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi gözlənilir.

Hazırda bu təşəbbüs yalnız təklif mərhələsindədir. Yəni yeni qayda hələ qüvvəyə minməyib və onun tətbiqi qanunvericilik prosesindən asılı olacaq.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: