1760644166 tramp zelenski 900x506 1

“Ukrayna ABŞ Prezidenti Donald Trampın bu qədər sərt açıqlamalar verəcəyini gözləmirdi”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşrinin jurnalisti Paul Ronzheimer “X” sosial şəbəkəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin ən yaxın müşavirlərindən birinə istinadən yazıb.

Onun sözlərinə görə, Zelenskinin müşavirləri Vaşinqtondan gələn xəbərə görə şoka düşüblər.

Belə ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağı ilə bağlı razılaşma əldə etdikdən sonra Ukraynada yeni prezidentin seçilməsini tələb edib.

“Zelenskinin ən yaxın müşavirlərindən biri mənə dedi: “Biz bilirdik ki, aralıq seçkilər kampaniyası zamanı yenidən diqqət mərkəzində olacağıq. Amma belə bir şeyin baş verəcəyini qətiyyən gözləmirdik”, – deyə Ronzheimer yazıb.

Qeyd edək ki, Donald Tramp bir gün əvvəl ukraynalılara yeni lider seçməyi tövsiyə edib. O bildirib ki, Volodimir Zelenski Rusiya ilə razılığa gələ bilmir.

Bundan əlavə, Ağ Evin rəhbəri Ukrayna prezidentinin Rusiyanın neft emalı zavodlarına hücumların dayandırılması ilə bağlı Vaşinqtonun tələblərinə məhəl qoymadığını bildirib. Trampın sözlərinə görə, bu, bütün dünya və amerikalı fermerlər üçün “böyük problem” yaradır.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: