sefirlik 121

İranın Bakıdakı səfiri Abbas Musəvinin vəzifəsindən uzaqlaşdırılması haqda məlumat yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın Teleqram kanalı yazıb.

SEPAH növbəti paylaşımında onun yerinə təyinat olduğunu açıqlayıb:

“Məlumata görə, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçili Azərbaycana yeni səfir təyin olunub”.

mucteba demirchi

Müctəba Dəmirçili

Qeyd edilir ki, Müctəba Dəmirçili Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: