İran Zəngəzurda baza yaratmaq arzusundadır.
Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Janna Vardanyan deyib.
“İran Ermənistanla münasibətlərini hər sahədə, o cümlədən hərbi sferada aktivləşdirməyə cəhd edir. Tehranın niyyəti sırasına Zəngəzurda hərbi bazanın yaradılması da daxildir. Bununla belə, Ermənistan hakimiyyəti bu bazanın öz ərazisində yerləşməsini istəmir. İstənilən halda İranın Zəngəzur dəhlizi ilə bağlı müdaxiləsi Türkiyəni də burada iştiraka məcbur edəcək ki, bu da regional savaşa gətirib çıxara bilər”, – o bildirib.