Fiko Ukrayna müharibəsini belə adlandırdı

“Siz ciddi şəkildə Kiyevdə müharibə olduğunu düşünürsünüz?”

Globalinfo.az xəbər verir ki, bu açıqlama ilə Slovakiyanın Baş naziri Robert Fiko çıxış edib.

O, Rusiyanın Ukraynaya qarşı müharibəsini “lokal münaqişə” adlandırıb.

Fiko Ukraynanın paytaxtında həyatın guya öz axarı ilə davam etdiyini və orada müharibə olmadığını söyləyib:

“Siz ciddi şəkildə düşünürsünüz ki, Kiyevdə müharibə var? Ora gedin və görəcəksiniz ki, şəhərdə normal həyat hökm sürür”.

O, eyni zamanda Kiyevə səfərdən mədəni surətdə imtina edib və Ujqorodda görüşməyin daha uyğun ola biləcəyini diqqətə çatdırıb. Bu şəhəri Ukrayna tərəfinin seçdiyini deyib.

Xatırladaq ki, yanvar ayının 24-də Slovakiya baş nazirinin Ukraynaya səfəri planlaşdırılırdı.

Əliyar Xəlil,

Globalinfo.az