iran absh nuve

“İran Qərblə münasibətləri bərpa etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqeri Kəni deyib.

O bildirib ki, Tehran əlaqələri bərpa etməkdə maraqlı olsa da, Qərb tərəfindən də müəyyən addımlar atılmalıdır.

“Artıq münasibətləri bərpa etməyin vaxt gəlib çatıb. Növbə Qərbindir. Onlar qarşılıqlı fəaliyyət üçün səmimi münasibət sərgiləməli və addım atmalıdırlar”, – deyə Kəni vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: