İran yaxın vaxtlarda kəşfiyyatın əldə etdiyi İsrail sənədlərinin məxfi arxivini dərc edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İslam Respublikasının kəşfiyyat naziri İsmail Xətib deyib.

O, sözügedən sənədi ölkənin hücum imkanlarını artıracaq “xəzinə” adlandırıb.

Xətibin sözlərinə görə, sənədlərdə İsrailin müdafiə qabiliyyəti, həmçinin yəhudi dövlətinin ABŞ və Avropa ilə əlaqələri barədə məxfi məlumatlar var.

“Bu xəzinənin təhvil verilməsi uzun müddət çəkdi və xüsusi təhlükəsizlik tədbirləri tələb etdi. Təbii ki, ötürmə üsulları məxfi qalacaq, lakin sənədlərin özü yaxın vaxtlarda ictimaiyyətə açıqlanmalıdır”, – nazir İran dövlət televiziyasının efirində bildirib.

Qeyd edək ki, bundan əvvəl “Tasnim” agentliyi İranın xüsusi xidmət orqanlarının İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədlərin arxivini əldə etdiyini bildirmişdi.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: