Fələstinli nazir İsrailin Qəzzadakı məqsədini AÇIQLADI

“İsrail hakimiyyətinin məqsədi Qəzza zolağını yaşayış üçün yararsız yerə çevirməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.

“İsrailin beynəlxalq qətnamələrə əməl etməməsi fələstinliləri öz torpaqlarından didərgin salmaq və Qəzza zolağını yaşayış üçün yararsız yerə çevirmək niyyətindən xəbər verir. Ancaq bölgədə vəziyyət kritik həddədir. Ona görə də, dünya dövlətlərini Qəzza zolağına humanitar yardımın çatdırılması üçün təcili tədbirlər görməyə çağırıram”, – Maliki vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az