İrandan Ankaraya təcili zəng: Bakı ilə münasibətlər…

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyi yayıb. Məlumata görə, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran regional məsələlər barədə müzakirə aparıblar. Tərəflər həmçinin İran-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti barədə də danışıblar.

M.Çavuşoğlu telefon danışığı zamanı İran-Səudiyyə Ərəbistanı münasibətlərinin normallaşmasını alqışladığını bildirib. O bunun müsəlman dünyasını gücləndirəcəyinə ümid etdiyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az