trend ceyhun bayramov

“İrandakı səfirliyimizə hücumun təqsirkarlarının cəzalandırılmasını istəyirik”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Azərbaycan tərəfinin bu yöndə konkret tələbləri var. Azərbaycan Prezidenti ilə İran xarici işlər nazirinin görüşü zamanı da qeyd edildi ki, istintaq işi davam etdirilir. Rəsmi Bakı günahkarların ən ciddi şəkildə cəzalandırılmasını gözləyir. Bundan sonra səfirliyimizin təhlükəsizliyi tam zəmanətə alınsa, diplomatik missiyanın fəaliyyətinin bərpası planlaşdırıla bilər”, – nazir bildirib.

Paylaş: