
“İranın Natanzdakı nüvə obyektində radiasiyasının bir qədər artıqlığı qeydə alınıb”.
Globalinfo.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi deyib.
O, əhali və ətraf mühit üçün heç bir təhlükə olmadığını bildirib.
“Natanzdakı obyektin perimetri daxilində kiçik radioaktiv çirklənmə olub”, – Qrossi qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az