Minayabda qızlar məktəbinə endirilən zərbə nəticəsində ölənlərin sayı 85 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli prokuror məlumat yayıb.
***18:46
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 70-ə çatıb.
***18:21
İsrail və ABŞ-nin hərbi hava hücumları fonunda İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Miyanab rayonunda qız məktəbində ölənlərin sayı 63 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bunu İranın Hörmüzqan vilayətinin valisinin müavini Əhməd Nəfisi yerli mediaya açıqlamasında deyib.
O qeyd edib ki, 92 nəfər isə yaralanıb. Xilasetmə əməliyyatı davam etdirilir.
***18:02
İranın cənubunda qızlar məktəbinə raketin düşməsi nəticəsində azı 60 şagird həlak olub.
Globalinfo.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Kermanpur sosial şəbəkələrdə bildirib.
“60 azyaşlı uşaq həlak olub, 80-i xəsarət alıb”, – o qeyd edib.
***16:08
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Globalinfo.az xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 51-ə çatıb, 60 yaralı var.
***15:38
Miyanaba hücum zamanı 40 nəfər ölüb, 48 nəfər yaralanıb.
***15:17
İranda qızlar məktəbinə hücumda 24 nəfərin öldüyü bildirilir.
Globalinfo.az xəbər verir ki, “İsrailin Miyanabda qızlar məktəbinə hücum etdiyi” qeyd olunub.
Yaralıların sayı isə barədə məlumat verilməyib.