İranda etiraz aksiyalarında ölənlərin sayı açıqlandı

İranda Məhsa Aminin ölümü ilə nəticələnən etirazlarda güc strukturlarının əməkdaşları tərəfindən azı 378 nəfər, o cümlədən 47 uşaq öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam deyib.

“16 sentyabrdan bu günə kimi 47-si uşaq olmaqla azı 378 etirazçı repressiv qüvvələr tərəfindən öldürülüb”, – o vurğulayıb.

Qeyd edilir ki, son günlər ölənlərin sayı daha 36 nəfər artıb.