İranda daha bir polis öldürüldü – FOTO

İran mediası sentyabrın 16-da silahlı qarşıdurmada yaralanan Fars əyalətinin Firuzabad şəhərinin İctimai Təhlükəsizlik Polis İdarəsinin rəisi Ehsan Bəxşəndenin öldüyünü açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, o, yaralandıqdan sonra xəstəxanaya aparılıb və orada üç ay qaldıqdan sonra həyatını itirib.

Xatırladaq ki, sentyabrın 16-da Cənubi Xorasan əyalətinin Nəhbəndan bölgəsində polis zabitləri kapitan Həsən Tahiri və Səccad Zare Müqəddəm öldürülüblər. Bundan başqa leytenant Rüstəm Təngsarın isə ağır yaralandığı bildirilirdi.