pit heqset

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-ın İrana endirdiyi zərbənin təfərrüatlarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Heqset hücumda “B-2 Spirit” strateji bombardmançılarından və bunker bombalarından istifadə edildiyini bildirib.

O əlavə edib ki, ABŞ hücum zamnı ümumilikdə 75 dəqiq idarə olunan hərbi sursatdan istifadə edib.

“B-2 Spirit” bombardmançıları 2001-ci ildən bəri ən uzun missiyasını yerinə yetiriblər. Bu, tarixi bir zərbə idi”.

Qeyd edək ki, iyunun 22-də ABŞ İranın üç nüvə obyektinə zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: