İran Türkiyəyə söz verdi: “Bir daha olmayacaq”

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Abdullahian Tehranın İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmadığını deyib:

“İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olmayana qədər yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək”.

Məlumata görə, Hakan Fidanla Britaniya xarici işlər naziri Devid Kemeron arasında da telefon danışığı baş tutub.