İran dünyaya mesaj verdi: “Nə müharibə, nə də sanksiyalar…”

“İran nüvə proqramının dinc yolla inkişafını davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

O bildirib ki, digər ölkələrin nüvə proqramını məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq, İran bu sahədə qanuni hüquqlarını müdafiə edəcək:

“Nüvə silahına malik olan ölkələr İran xalqının atomun dinc yolla inkişaf etdirilməsi yolunda atdığı  addımlara mane olmaq istəyirlər. Lakin onlar bilməlidir ki, biz öz hüquqlarımızı müdafiə edəcəyik”.

Rəisinin sözlərinə görə, İran danışıqlar masasını tərk etməyib:

“Biz həm MAQATE-yə, həm də digər ölkələrə öz mövqeyimizi açıqlamışıq. Məntiqimizi qəbul etmək əvəzinə əvvəlcə bizə qarşı müharibələr apardılar, sonra da sanksiyalar tətbiq etdilər. Nə müharibə, nə də sanksiyalar İranın öz məqsədlərinə çatmasına mane olacaq”.

Əliyar Xəlil
Globalinfo.az