ibrahim ezizi 900x600 1

“Tehran ABŞ ilə atəşkəsdən əvvəl keçiriləcək yeni danışıqlar mərhələsinə nümayəndə heyəti göndərə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi deyib.

O qeyd edib ki, bunun üçün Vaşinqtondan müsbət siqnal alınmalıdır.

“İran danışıqlar prinsipindən heç vaxt çəkinməyib. Vəziyyətin qiymətləndirilməsindən sonra ABŞ-ın bəyanatlarından asılı olaraq, danışıqlarda iştirak ehtimalı nəzərdən keçirilə bilər.

Vaşinqtonun İslamabada nümayəndə göndərməsi və tərəflər arasında qarşılıqlı mesajların mübadiləsi bu qərarda mühüm rol oynayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: