İran Azərbaycanla müharibəyə başlasa… – Abovyan qorxusunu açıqladı

“Son proseslərdə Azərbaycanla İran arasında gərginliyin artdığını görürük. İran regionda son dərəcə incə siyasi və diplomatik oyun oynayır, amma Azərbaycanla birbaşa münaqişəyə girməkdə o qədər də maraqlı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Arman Abovyan qeyd edib.

O hətta Türkiyə-Azərbaycan-İran razılaşmasının ola biləcəyini də bildirib:

“İran Azərbaycanla birbaşa qarşıdurmadan qaçmaq üçün hər şeyi edəcək. İran öz maraqlarını qoruyur, birbaşa hücuma keçməyə qərar verərsə, bu, sadəcə, bizə deyil, Tehrana uyğun zamanda ola bilər. İran-Ermənistan sərhədi Tehran üçün unikal bir “qırmızı xətt”dir, çünki o, əslində Azərbaycanla sonuncu “açıq pəncərəni” bağlayır. Amma qorxuram ki, iranlılar Türkiyə ilə razılaşmağa üstünlük verələr. İsrail də gərginliyin azaldılması üçün Bakı ilə danışıqlar apara bilər.

Biz xarici “xilaskarların” ermənipərəst addımlarına arxalanmaqla kifayətlənməməli, öz müqavimət potensialımızı formalaşdırmalıyıq”.

Ayşən Mustafa
Globalinfo.az