abs bayragimiz

Azərbaycan dövləti ABŞ-ın ölkəmizdəki şəbəkəsini zərərsizləşdirmək istiqamətində addımlar atır. Son həbslərdən əvvəl AzTV-də yayı süjetdə də, əslində, bunun anonsu verildi.

Maraqlıdır, rəsmi Bakı buna nail ola biləcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, son zamanlar Qərbin və ABŞ-ın verdiyi bəyanatlarda anti-Azərbaycan mövqeyi xüsusilə seçilir:

“Rəsmi Vaşinqton okeanın o tayından Cənubi Qafqaz başda olmaqla bir çox regiona müdaxilə edib, geosiyasi müstəvidə hegemonluğunu, gücünü nümayiş etdirir.

Əslində, ABŞ təkqütblü dünya modelinin bərqərar olmasına çalışır. Bu istiqamətdə isə özünə maneə olaraq gördüyü ölkələri ya təzyiq edib qorxutmağa çalışır, ya da müharibələrə cəlb edir. Bu gün Azərbaycana sərgilənən mövqe də tam olaraq bundan ibarətdir.

ramiye 61595692989

Ramiyə Məmmədova

ABŞ Cənubi Qafqazda Gürcüstan və Ermənistanı öz tərəfinə çəkməyi bacarıb. Azərbaycan isə bu regionda müstəqil xarici siyasət yeridən yeganə ölkədir. Bundan başqa, Bakı 3+3 formatı ilə yeni bir siyasi kurs elan edib: region ölkələrini iqtisadi-siyasi təşkilat altında bir araya gətirir. Belə olan təqdirdə bu, regionda maraqlı olan ABŞ-la ölkəmizi qarşı-qarşıya gətirir. Hesab edirəm, Azərbaycan bununla bağlı müvafiq tədbirlər görəcək. Şübhəsiz, ABŞ-ın hədələri bizi çəkindirmir.

O ki qaldı ABŞ-ın agent şəbəkəsinə qarşı mübarizə, bu istiqamətdə aidiyyəti qurumların öz işini görəcəyinə əminəm. Xarici siyasətimizə, milli təhlükəsizliyimizə xələl gətirə biləcək şəxslər müvafiq qanunvericiliyə uyğun məsuliyyətə cəlb ediləcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: