Almaniya kansleri Fridrix Mertz ABŞ və İsrailin İrana endirdiyi zərbələrlə bağlı açıqlama verib.
Globalinfo.az-ın xəbərinə görə, o bildirib ki, Almaniya silahlı qüvvələri ABŞ və İsrail tərəfindən İran ərazisinə həyata keçirilən hərbi əməliyyatlarda iştirak etməyib.
Kanslerin sözlərinə görə, Vaşinqton bir neçə həftə ərzində Tehranla diplomatik yolla razılıq əldə etməyə çalışsa da, İran tərəfi hərbi nüvə proqramının dayandırılması ilə bağlı etibarlı razılaşmanı qəbul etməyib.
Fridrix Mertz vurğulayıb ki, Almaniya regionda sülh və təhlükəsizliyin qorunmasının tərəfdarı olaraq qalır və İsrailin təhlükəsizliyinə sadiqliyini davam etdirir. O həmçinin qeyd edib ki, İran xalqı öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna malikdir.
Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi addımlarını rədd etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu cür hücumlar beynəlxalq münasibətlərdə daha qeyri-sabit və gərgin mühitin formalaşmasına səbəb olur.
Əliyar Xəlil