3333

“ABŞ və İsrail hədə-qorxudan əl çəkməsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişlərini ölkədən çıxara bilər”.

Globalinfo.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani X sosial şəbəkəsində yazıb.

“Davam edən xarici təhdidlər və İrana qarşı hərbi hücum vəziyyətinin yaradılması MAQATE ilə əməkdaşlığın dayandırılması kimi çəkindirici tədbirlərin görülməsinə gətirib çıxara bilər”, – o qeyd edib.

Şamxani əlavə edib ki, zənginləşdirilmiş nüvə materiallarının İran daxilindəki təhlükəsiz və beynəlxalq ictimaiyyətdən gizli yerlərə ötürülməsi də müzakirə mövzusudur.

Qeyd edək ki, bundan əvvəl İran Xarici İşlər Nazirliyi aprelin 12-də Omanda ABŞ-la dolayı yüksək səviyyəli danışıqların keçiriləcəyini açıqlamışdı.Müzakirə mövzusu Tehranın nüvə proqramı olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: