
Pakistanın xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı əsas diqqət İran və ABŞ arasında artan gərginliyin azaldılması məsələsinə yönəlib.
Nazirliyin açıqlamasına əsasən, İshaq Dar tərəfləri 2026-cı ilin iyununda İslamabadda imzalanan Anlaşma Memorandumunun müddəalarına sadiq qalmağa, təmkin nümayiş etdirməyə və gərginliyi azaltmağa çağırıb.
Pakistanlı nazir həmçinin vurğulayıb ki, mövcud fikir ayrılıqlarının həlli və regionda uzunmüddətli sülhün təmin edilməsi üçün dialoq və diplomatiya alternativsiz vasitələrdir.
Safura Bənnayeva
Globalinfo.az