iran 2

ABŞ-da keçirilən Dünya Çempionatı zamanı stadionda İran bayrağının açılması geniş reaksiyalara səbəb olub.

Globalinfo.az xəbər verir ki, tribunada həm İranın rəsmi bayrağı, həm də müxtəlif siyasi mesajlar görünüb.

Bəzi azarkeşlər “Make sport, not war” (“Siyasət yox, idman”) çağırışı ilə çıxış ediblər.

Hadisə sosial şəbəkələrdə kəskin fikir ayrılığı yaradıb.

Bir qrup istifadəçi bunu idmanın birləşdirici gücü kimi dəyərləndirərək dəstəkləyib, digərləri isə İranın siyasi sistemi ilə bağlı tənqidi fikirlər səsləndirib və bayrağın simvolik mənasına diqqət çəkib.

Eyni zamanda bəzi şərhlərdə ABŞİran arasındakı gərginlik fonunda stadionda belə görüntülərin qaçılmaz olduğu vurğulanıb.

Ümumilikdə hadisə bir daha göstərib ki, beynəlxalq idman tədbirləri təkcə oyun deyil, həm də müxtəlif siyasi və ictimai baxışların toqquşduğu platformaya çevrilir.

Qeyd edək ki, İran-Yeni Zelandiya qarşılaşması 2-2 hesablı heç-heçə ilə başa çatıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: